Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə öz sahibinin əlindən çıxan zaman (yə`ni kasıblara verilərkən) ona deyər:
- Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.
İsna-əşəriyyə /223.
Allahım!
Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim.
Sənin nemətlərinlə orucumu açdım və sabahkı Ramazan orucuna da niyyət etdim.
Mənim keçmiş və gələcək günahlarımı bağışla.
Amin